Dövlət Komitəsi zibil qutusunda tapılan körpəni nəzarətdə saxlayırbackend

Dövlət Komitəsi zibil qutusunda tapılan körpəni nəzarətdə saxlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıtda zibil qutusunda tapılan körpənin vəziyyəti yaxşıdır”.

Bunu  açıqlamasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib.

 

T.Mərdanoğlunun sözlərinə görə, Komitə müətmadi olaraq, uşağın sağlamlıq durumunu nəzarətdə saxlayır:

“Sumqayıt Şəhər İcra Hakimiyyəti və Perinetal Mərkəzlə mütəmadi əlaqədəyik. Şükürlər olsun ki, körpənin vəziyyəti normaldır. Buna baxmayaraq, körpə bir müddət xəstəxanada saxlanılacaq. Tam özünə gələndən sonra Uşaq evinə yerləşdiriləcək, dövlətin tam nəzarəti altında olacaq”.

Qeyd edək ki körpə iyulun 6-da saat 6 radələrində Sumqayıt şəhərindəki “Yaşıldərə” adlanan yaşayış sahəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutuda tapılıb. Sellafon torba içərisində yeni doğulmuş uşaq aşkar edilərək şəhərdəki 1 saylı Doğum evinə təhvil verilib.