Dövlət qurumundan 19 min manat pul oğurlayan şəxs SAXLANILDI – FOTObackend

Dövlət qurumundan 19 min manat pul oğurlayan şəxs SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin avqust ayının 27-də Bərdə rayon sakini İsmayıl Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 19 min manat pulun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İ.Məmmədovun Aztelekom MMC-nin filialında yerləşən otağındakı seyfdən 19 min manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı İsmayıl Eminov olduğu müəyyən edilib.

İsmayıl Eminov istintaqa təqdim olunmaqla şübhəli şəxs qismində saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.