Başqırdıstanda bir traktor batıb, onu xilas etməyə gələn ikisi də buzun altına gedib.
İnterpress.az xəbər verir ki, Rusiyanın Başqırdıstan Respublikasında qeyri-adi və bir o qədər də uğursuz hadisə baş verib.
Məlumata görə, yanvarın 5-də Krasnaya Başkiriya kəndi yaxınlığındakı Martışı gölündə drift trası düzəltmək üçün qar təmizləmə işləri aparılıb. Yerli iş adamının ayırdığı traktor buza tab gətirməyərək suya düşüb.
Texnikanı xilas etmək üçün köməyə daha iki traktor göndərilib. Lakin buz qatı onların da ağırlığına dözməyib və xilasedici texnikalar da ard-arda suyun dibinə gedib.
Artıq üç gündür ki, yerli sakinlər ağır texnikaları buzlu sudan necə çıxaracaqlarını düşünürlər.
Xuraman Etibarlı
İnterpress.az






