Dronlar Çeçenistanın mərkəzinə HÜCUM ETDİ – “Xalça” planı işə düşdü – FOTObackend

Dronlar Çeçenistanın mərkəzinə HÜCUM ETDİ – “Xalça” planı işə düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qrozni-Siti” kompleksinə dron hücumu edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Çeçenistanda PUA təhlükəsi elan edilib, üç şəhərin hava limanında uçuşlar dayandırılıb.

Məlumata əsasən, Çeçenistanın paytaxtında yerləşən “Qrozni-Siti” kompleksinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Şəhərdə PUA təhlükəsi elan olunub. Təhlükəsizliklə əlaqədar Qroznı hava limanında, eləcə də qonşu Maqas və Vladiqafqaz hava limanlarında “Xalça” (“Kovyor”) planı tətbiq edilib.

Bu rejim səmanın mülki aviasiya üçün bağlanmasını və uçuşların müvəqqəti dayandırılmasını nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az