DSMF sədri şəhid Arəstə Baxışovanın ailəsi ilə görüşüb – FOTObackend

DSMF sədri şəhid Arəstə Baxışovanın ailəsi ilə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov Novruz bayramı ilə əlaqədar Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri, hərbi tibb qulluqçusu Arəstə Kərim qızı Baxışovanın ailə üzvləri ilə görüşüb.

DSMF-dən verilən məlumata görə, Arəstə Baxışovanın ailəsinin sosial vəziyyəti öyrənilib.

Görüşdə şəhidimizin anası dövlət tərəfindən onlara göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2005-ci ildən hərbi xidmətdə olan Arəstə Baxışova oktyabrın 23-də Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra o, “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

İnterpress.az