Dünya çempionatı: İki güləşçimiz yarımfinaldabackend

Dünya çempionatı: İki güləşçimiz yarımfinalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır. altıncı yarış günündə daha dörd yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Onlardan ikisi – Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) yarımfinala yüksələ bilib.

Nihat Məmmədli 1/8 finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib – 9:0. Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan (8:0) Məmmədli adını yarımfinala yazdırıb.

Həsrət Cəfərov da dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə (10:0) məğlub edib. Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb – 12:3. O, 1/4 finalda Rusiya güləşçisinə də 3:2 qalib gəlməklə yarımfinala vəsiqə qazanıb.