Dünyada ilk dəfə olaraq həkimlər gen terapiyasından istifadə edərək uşağın eşitmə qabiliyyətini bərpa edə biliblər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Agentlik karlığın müalicəsində irəliləyiş haqqında məlumat verib.
Böyük Britaniyada ilk dəfə olaraq gen terapiyasından istifadə edərək uşağın eşitmə qabiliyyətini bərpa etmək mümkün olub.
Qız uşağı kar olub – sinir impulslarının daxili qulaqdan beyinə ötürülməsi pozulub. İngilis həkimləri eşitmə nevropatiyasını müalicə edə bildilər.
Qıza işləyən gen olan məhlul vurulub, əməliyyat 16 dəqiqə çəkib.
İndi bir yaş yarımlıq qız demək olar ki, mükəmməl eşidir və uşaq musiqi alətləri ilə oynamaqdan həzz alır.
Xuraman Etibarlı
İnterpress.az