Dünyanın bir tərəfində report istilər, meşə yanğınlarının hökm sürdüyü bir vaxtda digər tərəfdə isə sel və daşqınlar, eləcə də qar yağışı fəsadlar törədib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Həftəsonuna olan məlumata görə, havanın temperaturunda kəskin eniş müşahidə olunan İsveçrəyə qar yağıb.
İsveçrədə buxarlı istilərin yaşandığı avqustun son həftəsi sərin hava və yağıntılarla başlayıb.
İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsi (MeteoSwiss) tərəfindən Valais kantonunda 1638 metr yüksəklikdə Zermatt bölgəsində qarın görüldüyü bildirilib.
Avqustun 24-də termometrlərin 31,2 dərəcə Selsi göstərdiyi bölgədə bu gün səhər saatlarında temperatur 0,5 dərəcə olaraq ölçülüb.
MeteoSwiss 2000-2400 metr yüksəklikdə İsveçrə Alplarının ərazilərində qar və yağış yağacağı barədə xəbərdarlıq edib.
Ölkənin cənubunda yerləşən Ticino kantonunda həftə sonundan təsirli olan güclü yağışlar sürüşmə riski yaradır. Bölgədə bəzi çaylarda daşqın riskinin olduğu barədə də xəbərdarlıq edilib.
Bu gün İsveçrədə yağışlı hava şəraitinin təsirli olacağı gözlənilir.
Ölkə mətbuatında yer alan bəzi xəbərlərdə “İsveçrə payızı yaşamadan qışa keçdi”. şərhlər daxil edilib.
Avqustun 24-də İsveçrə ilin ən isti gününü yaşayarkən, Cenevrə kantonunda termometrlər 38 dərəcə Selsiyə çatıb.