Dünyanın ən güclü ordularına malik ölkələrin adları açıqlanıb.
İnterpress.az xəbər verir ki, Amerikanın “Global Firepower” analitik şirkəti 2025-ci ildə dünyanın ən güclü ordularına malik ölkələrin adlarını əks etdirən hesabat dərc edib.
Hesabatda ölkələrin hərbi potensialı aşağıdakı meyarlara əsasən nəzərə alınıb: hərbi güc, əsgərlərin sayı, hərbi büdcə, hava və donanma, maddi-texniki imkanlar, texniki tərəqqi və 6-ya yaxın digər meyarlar.
Nəticədə ən güclü ordusu olan ölkələr siyahısında ABŞ 1-ci, Rusiya və Çin ardınca, Türkiyə isə 9-cu yerdə qərarlaşıb.
Qürurvericidir ki, 145 ölkə arasında Azərbaycan siyahıda 60-cı yerdədir.
Qeyd edək ki, hesabatda müvafiq olaraq 16-cı, 30-cu və 94-cü yerləri tutan İran, Yunanıstan və Gürcüstan da yer alıb. Ukrayna 20-ci, Belarus 70-ci yerdə qərarlaşıb.
Ermənistan 91-ci yerdədir.
Xuraman Etibarlı
İnterpress.az