Düşmənin qərargah rəisi və tabor komandirinin müavini məhv edilibbackend

Düşmənin qərargah rəisi və tabor komandirinin müavini məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi məhv edilib.

İnterpress.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.

Bununla yanaşı, 5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborunun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var.

 

İnterpress.az