Əbu-Dabinin Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar üçün məkan kimi rolu artıq sual altındadır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar səbəbindən Ukrayna, Rusiya və ABŞ arasında planlaşdırılan danışıqların Birləşmiş Ərəb Əmirliklərindən başqa ölkəyə keçirilməsi gündəmə gəlib.
Əbu-Dabi şəhərində keçirilməsi nəzərdə tutulan bu mühüm görüş təhlükəsizlik risklərinə görə artıq sual altındadır.
Prezident Volodimir Zelenski martın 2-də “WhatsApp” vasitəsilə yaydığı açıqlamasında bildirib ki, hazırda alternativ variantlar kimi Türkiyə və ya İsveçrə nəzərdən keçirilir.
Ukrayna lideri qeyd edib ki, diplomatik təmaslar davam edir və ən qısa zamanda yeni məkanla bağlı razılıq əldə olunmalıdır.
Qeyd edək ki, regiondakı gərginlik bir çox beynəlxalq tədbirlərin və diplomatik görüşlərin məkanının dəyişdirilməsinə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






