Əfqanıstanda köməksiz qalan həkim: “Azərbaycan və Türkiyə əsgərləri həyatımızı xilas etdilər” – VİDEObackend

Əfqanıstanda köməksiz qalan həkim: “Azərbaycan və Türkiyə əsgərləri həyatımızı xilas etdilər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın “Taliban” silahlıları tərəfindən nəzarətə götürülməsindən sonra orada işləyən xarici ölkə vətəndaşlarının öz vətənlərinə geri qayıtması ciddi problemə çevrilib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, bu çətinliklə 20 yaşlı türkiyəli tibb bacısı İrem Kahraman da qarşılaşıb.

Uzun sürən çətinlikdən sonra Türkiyəyə qayıdan İ.Kahraman hava limanında jurnalistlərə başına gələn hadisələri danışıb.

O qeyd edib ki, saç əkimi ilə məşğul olmaq üçün 2 ay əvvəl Əfqanıstana gedib.

Lakin “Taliban” Kabildə nəzarəti ələ keçirəndən sonra işlədikləri bölgədən böyük çətinliklə çıxaraq Kabil aeroportuna yetişiblər.

“Özümüzü ingilis əsgərlərinə yetişdirməyə çalışdıq. “Biz türkük” deyə qışqıranda “Taliblər” bizi geri qaytardı. Təhlükəsiz bölgəyə keçdiyimiz nöqtədən etibarən Azərbaycan və Türkiyə əsgərləri bizi yanlarına aldılar və təhlükəsizliyimizi təmin etdilər. Bura qayıtmağımıza yardım edən hər kəsə təşəkkür edirəm”, – deyə türkiyəli tibb bacısı deyib.

İ. Kahraman bildirib ki, avqustun 15-də Kabil aeroportuna çata bilsələr də, Türkiyə təyyarəsinə yetişə bilməyiblər. Nəhayət onlar hərbi nəqliyyat təyyarəsi ilə Pakistana aparılıb, oradan isə Türkiyəyə qayıdıblar.