Əfqanıstanda məsciddə terror aktı: 100-dən çox ölü – VİDEObackend

Əfqanıstanda məsciddə terror aktı: 100-dən çox ölü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın şimalında Kunduz vilayətində Seyid-Abad məscidində dəhşətli partlayış baş verib. Faciə nəticəsində azı 100 nəfər həlak olub, onlarla insan yaralanıb.

İlkin məlumatlara görə, intiharçı terrorçu məscidin içində özünü partladıb.

“Taliban” nümayəndəsinin sözlərinə görə, terror aktı İŞİD terror təşkilatının üzvü tərəfindən həyata keçirilib.