Əfqanıstandan Çinə qaçaqmalçılıq yolu ilə 678 qram xam qızıl keçirməyə cəhd edən 4 Çin vətəndaşı həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Əfqanlstan KİV məlumat yaylıb.
Əfqanıstandan Çinə qaçaqmalçılıq yolu ilə 678 qram xam qızıl keçirməyə cəhd edən 4 Çin vətəndaşı Kabil Beynəlxalq Hava Limanında həbs edilib.
Həbs Sərhəd Polisi Mərkəzi İdarəsinin Hava Hərəkətinin Təhlükəsizliyi və Qaçaqmalçılığın qarşısının alınması şöbəsi tərəfindən həyata keçirilib.
İlkin araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər aidiyyəti üzrə təhvil veriləcək.
Xuraman Etibarlı
İnterpress.az