Əhməd əl-Şaraa kürd liderlərlə məxfi GÖRÜŞ KEÇİRDİ: “Hüquqlarınıza təminat verirəm”backend

Əhməd əl-Şaraa kürd liderlərlə məxfi GÖRÜŞ KEÇİRDİ: “Hüquqlarınıza təminat verirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhməd əl-Şaraa kürd liderlərlə məxfi görüş keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Məlumata görə, Əhməd əl-Şaraa Kobanidən olan 15 kürd ziyalısı və ictimai rəy lideri ilə məxfi görüş keçirib.

Görüşdə həm Suriya Demokratik Qüvvələrinə (SDQ) və PKK-ya yaxınlığı ilə bilinən şəxslər, həm də mövcud rejimə müxalif olan kürd nümayəndələri iştirak edib.

Görüş zamanı əl-Şaraa SDQ rəhbərliyini sərt tənqid edərək bildirib ki, onlar kürdlərin hüquqlarını qorumurlar:

“Onların yeganə dərdi nəzarət edə biləcəkləri və uğrunda müharibə aparacaqları bir parça torpaqdır. Mən buna icazə verməyəcəyəm”.

O, həmçinin vəd edib ki, yeni administrasiya dövründə hər bir fərdin mülki və mədəni hüquqları tam qorunacaq.

Mənbə qeyd edir ki, kürd nümayəndələri Şaranın verdiyi konkret təminatlardan razı qalaraq görüşü tərk ediblər.

Xuraman Etibarlı

İnterpress.az