Əkrəm İmamoğlunun həbsi ilə əlaqədar ümumilikdə 100 nəfər saxlanılıb. Həbslər davam edir.
İnterpress.az xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, Türkiyədə Əkrəm İmamoğlunun həbsi ilə əlaqəli 100 nəfər saxlanılıb.
“Cinayət təşkilatının lideri olduğu iddia edilən İmamoğlu Murat Ongün, Tuncay Yılmaz, Fatih Keleş, Ertan Yıldız və bu şəxslərlə əlaqəsi olan 95 şübhəli də daxil olmaqla ümumilikdə 100 nəfər saxlanılıb”, – İstanbul Baş Prokurorluğunun məlumatında deyilir.
Qeyd edək ki, Türkiyə prezidentliyinə namizədliyini irəli sürmək istəyən İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu “mənfəət məqsədi ilə cinayət təşkilatına rəhbərlik etməkdə” ittiham olunur.
Xuraman Etibarlı
İnterpress.az