Ekspert: “Yaşlı və siyasi statusu olan şəxslər şantaj edilir”backend

Ekspert: “Yaşlı və siyasi statusu olan şəxslər şantaj edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə kiberhücum növü əslində bilinən növdür. Bu, kiberşantaj və ya sosial mühəndislik metodu vasitəsilə insanlara psixoloji təsir göstərərək onlardan məlumatların alınmasıdır. Məsələn, ən çox yayılmış növ pensiya alanlara zəng edilib, özlərini bank əməkdaşı kimi təqdim edərək onların bank kart məlumatlarının oğurlanmasıdır. Bu, hipnoz xarakterli basqıdır”.

Son günlər siyasi baxımdan məşhur olan insanların “Facebook” vasitəsilə intim görüntülərinin yayılması kibercinayətlərin sayının çoxaldığını göstərir. Həmin insanların videozəng vasitəsilə intim hərəkətlər etməyə sövq edilir və nəticədə şantaj olunur:

“Son günlər mediada məşhur olan insanların intim görüntülərinin yayılması “videocall” vasitəsilə həyata keçirilir. Əvvəldən hazırlanmış videoları göstərməklə qarşı tərəfdə intim hisslər oyadılır. Zəng edən şəxs qarşı tərəfdən tələb edir ki, o da kamera qarşısında öz intim hərəkətlərini göstərsin. Bu tipli zənglər xüsusən yaşlı və siyasi statusu olan şəxslərə edilir, daha sonra bundan şantaj vasitəsilə istifadə olunur. Videonun yayılmaması üçün mütləq pul ödənişinin olması tələb edilir. Pul versən belə, növbəti dəfə səndən yenidən pul tələb oluna bilər. Bu da kiberdünyada kiberşantaj adlanır”, – deyə F. Pərdəşünas bildirir.

Prezident mükafatçısı olan 27 yaşlı Fərid Pərdəşünas bu cür kibercinayətlərin qarşısının alınmasının çətin olduğunu vurğulayıb:

“Bu hücumlardan qorunmağın texniki baxımdan yolu yoxdur. Sadəcə, bu zəngləri açmamaq, həmin şəxsləri bloklamaq lazımdır. Tanımadığın adamlarla heç bir intim münasibətdə olmamalısan. Əks halda, videolarınız yayıla bilər.

Dövlət orqanları, güc strukturları belə zəng edənləri tapmaqda çətinlik çəkir. Texniki olaraq bu, mümkünsüzdür. Çünki kibercinayətkarlar yaxşı gizlənməyi bacarır. Onlar IP göstəricilərini gizlədirlər. Profil şəkli kimi qoyduqları xanımlar isə özləri olmur”.