Əlcəzairli nazir: “Hazırda “OPEC plus”da sazişlərə yenidən baxılması üçün danışıqlar aparılmır”backend

Əlcəzairli nazir: “Hazırda “OPEC plus”da sazişlərə yenidən baxılması üçün danışıqlar aparılmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda oktyabrın 5-də əldə olunmuş “OPEC plus” sazişlərinə yenidən baxılması üçün danışıqlar aparılmır”.

Bunu Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab deyib.

Onun sözlərinə görə, “OPEC plus”un bütün qərarları təşkilatın iclaslarında tam şəffaflıq şəraitində qəbul edilir: “Bu cür spekulyasiyalar neft bazarlarını poza bilər”.

Noyabrın 21-də “The Wall Street Journal” nümayəndələrə istinadən yazıb ki, Səudiyyə Ərəbistanı və digər OPEC+ neft istehsalçıları hasilatı gündəlik 500 min barrelə çatdırmağı müzakirə edirlər.

Nəşrin məlumatına görə, təşkilat hasilatın artırılması məsələsinə dekabrın 4-də – Avropa İttifaqı tərəfindən Rusiya neftinə mümkün embarqodan bir gün əvvəl keçiriləcək iclasda baxmağı planlaşdırır.

Qeyd edək ki, oktyabr ayının 5-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qərara qəbul edib. Qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur. “OPEC plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.