Eldar Əzizovun qudasından QANUNSUZ ƏMƏL: Vətəndaşın evinin qapısını daşla hördürdü – FOTO/VİDEObackend

Eldar Əzizovun qudasından QANUNSUZ ƏMƏL: Vətəndaşın evinin qapısını daşla hördürdü – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisova mülkünün əlindən alınmaq istədiyinə dair redaksiyaya şikayət ünvanlayıb.

İnterpress.az Yenicag.az-a istinadən xəbər verir ki, Ruzana İdrisovanın iddiasına görə, paytaxtın mərkəzində, Fəvvarələr meydanının yaxınlığında olan tarixi bina bəzi məmurlar tərəfindən ələ keçirilmək istənilir.

Vətəndaş bildirib ki, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdir müavini Teymur Tağıyevin atası Aqil Tağıyev onun evinin binanın blokunda olan qapısını hörüb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qudası olan Aqil Tağıyevin binadakı mənzilləri bir-bir satın aldığını vurğulayan İdrisova evlərinə pəncərədən girib-çıxdıqlarını qeyd edib:

“Bu blokdakı mənzilləri Aqil Tağıyev bir-bir alır. Biz bu mənzili alandan Aqil Tağıyev və adamları bizi təhdid edir ki, bu mənzili ucuz qiymətə bizə satmalı və ərazini tərk etməlisiniz. Biz öz qanuni mülkümüzə giriş edə bilmirik. Aqil Tağıyev qudası Eldar Əzizovun adından istifadə edərək blokdan evimizi olan giriş qapısını bağladıb. Biz məcburən pəncərədən evə girib-çıxırıq. Blokdan olan qapımızı açmaq istəyəndə isə sabiq polis məmuru olan Aqil Tağıyev əraziyə polis işçilərini və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarını tökərək yenidən bu qapını bağlatdırır. Həyatımız təhlükədədir. Hər gün təhdid edilirik. Şəhərin mərkəzində blokadada qalmışıq”.

Vətəndaş qarşılaşdığı qanunsuz halla bağlı ölkə başçısı İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istədiyini bildirib.

İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

00:00

00:00