Elektron siqaret çəkənlərdə kəskin ürək çatışmazlığı yaranır – ARAŞDIRMAbackend

Elektron siqaret çəkənlərdə kəskin ürək çatışmazlığı yaranır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektron siqaret (veyp) çəkənlərdə ürək çatışmazlığı riski 20 faiz artır.

İnterpress.az xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalı məlumat yayıb.

Alimlər və kardioloqlar tərəfindən aparılan yeni genişmiqyaslı araşdırma elektron siqaretlərin (veyp) insan orqanizminə, xüsusən də ürək-damar sisteminə vurduğu ağır zərərləri üzə çıxarıb.

Məlum olub ki, həyatında bircə dəfə də olsun elektron siqaret çəkən insanlarda gələcəkdə ürək çatışmazlığının yaranma riski 20 faizə qədər artır.

Bunun səbəbi elektron siqaret buxarının ürək əzələsində rigidlik (sərtləşmə) yaratmasıdır. Bu sərtləşmə səbəbindən ürək döyüntüləri arasındakı qısa fasilələrdə orqan normal şəkildə qanla dola bilmir.

Mütəxəssislər vurğulayırlar ki, əgər insan adi tütün siqaretləri ilə yanaşı, eyni zamanda elektron siqaretdən də istifadə edərsə, ürəyin zədələnmə riski kəskin şəkildə artaraq 59 faizə yüksəlir.

Bundan əlavə, bu zərərli vərdiş yüksək arterial qan təzyiqi, ürək döyüntülərinin ritm pozğunluğu (aritmiya) və qan damarlarının daralması kimi ciddi fəsadlara yol açır.

Ən diqqətçəkən məqam isə odur ki, tərkibində nikotin olmayan elektron siqaretlər də eyni dərəcədə təhlükəlidir və ürək üçün eyni ağır nəticələrə səbəb ola bilər.

Həkimlər xüsusilə gəncləri bu zərərli vərdişdən tamamilə uzaq durmağa çağırırlar.

Xuraman Etibarlı

İnterpress.az