Ələt-Astara-İran avtomobil yolunun bir hissəsinin əsaslı təmirinə 7 milyon manat ayrılıb.
“İnterpress.az”ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7 milyon manat ayrılıb.