Rusiyanın Əməkdar artisti İrina Şevçuk 74 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Sakitdir buraların dan ulduzları” (А зори здесь тихие) filmindəki Rita Osyanina rolu ilə geniş şöhrət qazanan Rusiya Federasiyasının Əməkdar artisti İrina Şevçuk dünyasını dəyişib.
Aktrisanın 74 yaşında həyatla vidalaşdığı bildirilir.
Qeyd edək ki, İrina Şevçuk sovet və rus kinosunda yaratdığı yadda qalan obrazlarla yanaşı, mühüm mədəniyyət xadimi kimi də tanınırdı.
O, uzun illər ərzində MDB ölkələrinin məşhur “Kinoşok” açıq kino festivalının rəhbərliyində təmsil olunub və sənətin inkişafına böyük töhfələr verib.
Xuraman Etibarlı
İnterpress.az






