Emin Əmrullayev: “Qadınların təhsildə çox olması problem yaradacaq”backend

Emin Əmrullayev: “Qadınların təhsildə çox olması problem yaradacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Amma biz kişi müəllimlərin çox olmasını istəyirik”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir:

“Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Onu da qeyd edək ki, qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır. Növbəti qiymətləndirmə zamanı 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunu təhlil etmək lazımdır. Düşünürəm ki, bu, təhsil-pedaqoji məsələ ilə bağlı deyil, onların əhatə olunduqları insanların münasibəti və ünsiyyətə məruz qaldıqları hallarla bağlıdır”.