Türkiyədə dağ-xizək kurortu otelində 79 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı 28 nəfər saxlanılıb, o cümlədən 19-u həbs edilib.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiya qrupunun iclasında deyib.
Türkiyədə Kartalkaya dağ-xizək kurortunda 79 nəfərin ölümü ilə nəticələnən yanğından sonra açılan cinayət işi üzrə saxlanılanların sayı 28-ə yüksəlib.
“Saxlanılanların sayı 28-ə çatıb. 19 nəfər, o cümlədən otel sahibi, biznes meneceri, otel işçiləri və bəzi bələdiyyə məmurları həbs edilib. 7 nəfər məhkəmə nəzarəti altındadır”, – dövlət başçısı bildirib.
Faciəni araşdıran komissiya səhlənkarlıq əlamətləri aşkar edib, nəticədə yanğının baş vermə və yayılma riskləri düzgün qiymətləndirilməyib, təhlükəsizlik tədbirləri görülməyib.
Qeyd edək ki, bir müddət əvvəl “Sabah” qəzeti “Grand Kartal” otelində yanğının manqaldan düzgün istifadə edilməməsi səbəbindən mətbəxdə başlaya biləcəyini yazıb.
Xuraman Etibarlı
İnterpress.az