Ərdoğan: “PUA donanmamızı dünyanın bir nömrəlisi edəcəyik”backend

Ərdoğan: “PUA donanmamızı dünyanın bir nömrəlisi edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AKINCI ilə təkmilləşdirdiyimiz PUA donanmamızı pilotsuz döyüş təyyarə sistemimizin tətbiqi ilə dünyanın bir nömrəlisi edəcəyik”. bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şişecam Polatlı fabrikinin yeni istehsal xəttinin açılış tədbirində bildirib.

Onun sözlərinə görə, təxminən 12 min adamın işlədiyi Şişecamın bazarda payı 86 ildir ki, durmadan artır.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə müdafiə sənayesi xarici məhsullardan asılılığı 80 faiz azaldıb.