Ərdoğandan İsraillə bağlı kritik qərar: “Bu addımı atacağıq“backend

Ərdoğandan İsraillə bağlı kritik qərar: “Bu addımı atacağıq“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən sonra Misir və İsraillə də münasibətlərin gələcəyi ilə bağlı açıqlama verib.

o, bu barədə Türkmənistandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ərdoğan bu ölkələrdə səfirliklərin açılması imkanlarını dəyərləndirib:

“İndi biz qərarımızı qəbul etdikdən sonra, əlbəttə ki, müəyyən təqvim çərçivəsində səfirləri təyin etmək imkanımız olacaq. Qeyd etdiyiniz ölkələrdə müvəqqəti işlər vəkilləri var. Səfir yoxdur, amma müvəqqəti işlər vəkili var. Biz müəyyən təqvim çərçivəsində bu addımları mərhələli şəkildə atmış olacağıq. Necə ki, Birləşmiş Ərəb Əmirlikləri ilə bizim aramızda bir addım atılıbsa, digərləri ilə də eyni addımları atacağıq”. (teleqraf.com)