Ərdoğandan Putin və Zelenskiyə təklifbackend

Ərdoğandan Putin və Zelenskiyə təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezidentlərin mümkün görüşünün təşkil edilməsini müzakirə etmək üçün rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparmaq istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.

“Putin və Zelenski ilə danışıqlar aparmaq istəyirəm. Onlara deyəcəyəm ki, hazırda məqsədimiz mümkün olan tez bir zamanda onların görüşünü təşkil etməkdir. Ümid edirəm ki, Putin və Zelenski arasında görüşün tarixini razılaşdıra biləcəyik, biz bu görüşü təşkil etməyə hazırıq”, – deyə Ərdoğan jurnalistlərə açıqlamasında söyləyib.

Bununla yanaşı, Ərdoğan bildirib ki, Ankara Ukraynanın təhlükəsizlik zəmanətləri ölkələrindən biri olmağa hazırdır.