Ərəb mediası: İsrail “İslami Cihad” sözçünü öldürdü – FOTObackend

Ərəb mediası: İsrail “İslami Cihad” sözçünü öldürdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail “İslami Cihad” sözçünü öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

İsrailin ötən gecə Qəzza zolağına endirdiyi zərbələr nəticəsində “İslami Cihad”ın hərbi qanadının Əbu Həmzə kimi tanınan rəsmi nümayəndəsi Əbu Saif həlak olub.

O, faktiki olaraq qurumun mətbuat katibi olub, ictimaiyyətlə əlaqə saxlayıb.

Təşkilat hələ ki, zərərsizləşdirildiyini rəsmən təsdiqləməyib.

Bu gün səhər saatlarında Fələstin mənbələri də Qəzza zolağında HƏMAS-ın 5 yüksək rütbəli üzvünün məhv edildiyini bildiriblər.

Onların bir çoxu təşkilatın Siyasi Bürosunun üzvləri idi.

Xuraman Etibarlı

İnterpress.az