Ərəb ölkələrinin XİN başçıları İordaniyada Blinkenlə görüşübbackend

Ərəb ölkələrinin XİN başçıları İordaniyada Blinkenlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Fələstinin xarici işlər nazirləri İordaniyanın paytaxtı Ammanda ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüblər.

İnterpress.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, onlar ABŞ rəsmisinə Fələstin üzrə məsələyə ərəb dövlətlərinin vahid mövqeyini təqdim edəcək.

Qeyd edək ki, Antoni Blinken dünən İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşüb.

Məlumata görə, Antoni Blinken noyabrın 5-də Türkiyəyə yola düşəcək. Noyabrın 6-da isə onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.