Ərəb qüvvələri Filadelfiya dəhlizində YERLƏŞDİRİLƏCƏKbackend

Ərəb qüvvələri Filadelfiya dəhlizində YERLƏŞDİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərəb qüvvələri Filadelfiya dəhlizində yerləşdiriləcək.

İnterpress.az xəbər verir ki, Bu barədə Qətərin “Al-Araby Al-Jadeed” qəzeti məlumat yayıb.

Misir bu yaxınlarda BƏƏ-nin vasitəçilik səyləri çərçivəsində ərəb qüvvələrini Filadelfiya dəhlizi boyunca yerləşdirmək təklifi alıb.

Nəşrin məlumatına görə, BƏƏ bir sıra ərəb ölkələri, o cümlədən Mərakeş, Mavritaniya və Cibuti ilə ərəb qüvvələrinin mümkün iştirakı ilə bağlı mövqeyini öyrənmək üçün danışıqlar aparıb.

Məlumata görə, ərəb qüvvələrinin Netzarim bölgəsinə yerləşdiriləcəyi və onlara Qəzza zolağının şimalını cənubdan bölmək tapşırığı veriləcəyi gözlənilir.

Proqnozlara görə, bu, İsrail ordusunun bölgədən çıxarılması zərurətinə səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az