Erməni hərbçinin ölümü ilə bağlı adam öldürmə maddəsi ilə CİNAYƏT İŞİ AÇILDIbackend

Erməni hərbçinin ölümü ilə bağlı adam öldürmə maddəsi ilə CİNAYƏT İŞİ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş insidentlə bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası İstintaq Komitəsinə istinadən məlumat yayıb.

“Faktla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb”, – İstintaq Komitəsindən bildirilib.

Xatırladaq ki, fevralın 17-də saat 09:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu Sevak Ovannisyanın güllə yarası ilə meyiti tapılıb.

Xuraman Etibarlı

İnterpress.az