Erməni idmançı Mahaçevlə döyüşdən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə UFC-nin rəhbəri Dana Uayt məlumat verib. Erməni əsilli rusiyalı döyüşçü Arman Tsarukyan yüngül çəkidə UFC çempionu rusiyalı İslam Mahaçevlə döyüşdən zədələndiyi üçün geri çəkilib.
Döyüş yanvarın 19-na keçən gecə Los-Ancelesdə baş tutacaq UFC 311 turnirində olmalı idi.
Rusiyalı UFC çempionunun yeni rəqibi braziliyalı Renato Moikano olacaq.
Xuraman Etibarlı
İnterpress.az