Tramp soyuq hava ilə əlaqədar inauqurasiya mərasimini Capitol Rotundaya köçürür
İnterpress.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
O, artıq inaqurasiya mərasiminin adətən olduğu kimi binadan kənarda deyil, Kapitol Rotundada keçirilməsini əmr edib.
Qərar Vaşinqtonda qeyri-adi soyuq hava şəraiti ilə əlaqədar qəbul edilib.
Tramp qeyd edib ki, tərəfdarlarını, inauqurasiya iştirakçılarını və onun təhlükəsizliyini təmin edəcək şəxsləri hipotermiya riski altına qoymaq istəmir.
Tramp yanvarın 20-də, Vaşinqton vaxtı ilə günorta saatlarında vəzifəyə başlayır.
“Hava proqnozuna görə, küləyin soyuması indeksi nəzərə alınmaqla Vaşinqtonda temperatur rekord həddə çata bilər. Mən heç kimin zərər görməsini istəmirəm”, – o yazıb.
Tramp həmçinin xatırladıb ki, andiçmə mərasimi qapalı məkanda keçirilən sonuncu ABŞ prezidenti Ronald Reyqan olub. 1985-ci ildə onun andiçmə mərasimi də soyuq hava səbəbindən təxirə salınıb.
Xuraman Etibarlı
İnterpress.az