General və köməkçisinin qətlində şübhəli bilinən daha 2 nəfər HƏBS EDİLDİbackend

General və köməkçisinin qətlində şübhəli bilinən daha 2 nəfər HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada general və onun köməkçisinin qətlində şübhəli bilinən daha 2 nəfər həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, general İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun qətlində əli olmaqda şübhəli bilinən Batuxan Toçiyev və Ramazan Padiyev həbs olunub.

İstintaqın verdiyi məlumata görə, saxlanılanlar cinayəti törədən Əhmədjon Kurbonov üçün Moskva vilayətində otaq kirayələyiblər. Bu yer onun qətli törətdikdən sonra sığınacaq yeri olmalı idi.

Xuraman Etibarlı

İnterpress.az