Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin hava daşıyıcısı “Türk Hava Yolları”nın yaydığı məlumatda deyilir. Nəşr səbəb göstərmir, ancaq qərarın Suriya hakimiyyətinin göstərişlərinə uyğun olaraq qəbul edildiyini qeyd edir.
Bundan əvvəl Türk Hava Yollarının baş direktoru yanvarın 23-dən etibarən Türkiyə ilə Suriya arasında hava əlaqəsinin bərpa olunacağını açıqlamışdı.
Ölkələr arasında uçuşlar 2012-ci ildə dayandırılıb.
Xuraman Etibarlı
İnterpress.az