HƏMAS-la razılaşmasının birinci mərhələsi üçün girovların siyahısı açıqlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Bildirilir ki, İsrail HƏMAS ilə atəşkəs razılaşmasının birinci mərhələsində azad edilməli olan 33 girovun siyahısını dərc edib.
Onların arasında Bibas ailəsi, o cümlədən adam oğurluğu zamanı 9 aylıq olan körpə Kfir Bibas, həmçinin İsrail və Rusiya vətəndaşlığı olan Aleksandr Trufanov da var.
Nəşr yazır ki, dərc olunmuş siyahıda girovların azad edilmə qaydası və ya vəziyyəti göstərilmir, lakin İsrailin onların əksəriyyətinin sağ olduğuna inanır.
Xuraman Etibarlı
İnterpress.az