Hərbi hazırlıq kursundan imtina edən oğlan tələbələr universitetlərdən XARİC EDİLƏCƏKbackend

Hərbi hazırlıq kursundan imtina edən oğlan tələbələr universitetlərdən XARİC EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi hazırlıq kursu keçməkdən imtina edən oğlan tələbələr universitetlərdən xaric ediləcəklər.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, “Əsas hərbi hazırlıq” keçməkdən imtina edən oğlan tələbələr universitetlərdən xaric ediləcəklər.

Bu, Ukraynada sentyabrın 1-dən qüvvəyə minəcək Qanunla bağlıdır.

DHH kursu kurrikuluma daxil ediləcək və tələbələrə silahla davranmaq, ilk yardım göstərmək və ekstremal şəraitdə tapşırıqları yerinə yetirmək üzrə əsas bacarıqları mənimsəməyə imkan verəcək.

“Ukraynalı oğlan tələbələr hərbi təlim keçməkdən imtina edə bilməyəcəklər”, – Nazirlər Kabineti məlumat yayıb.

Xuraman Etibarlı

İnterpress.az