TikTok Trampın hakimiyyətə gəlməsinə 50 min dollarlıq ziyafət verəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. Qəzet yazır ki, TikTok Trampın ABŞ-də hakimiyyətə gəlməsini 50 min dollarlıq ziyafət təşkil edərək qeyd edəcək
Ziyafət sosial şəbəkənin bu ölkədə qadağan oluna biləcəyi günə – yanvarın 19-na təyin edilib.
Bayden müvafiq qanunu imzalayıb. Lakin yerli media bu yaxınlarda demokratın bu addımı atmayacağını, TikTok-un taleyini 20 yanvarda andiçmə mərasimi keçiriləcək Trampın ixtiyarına verəcəyini yazıb.
Mətbuatın iddia etdiyi kimi, respublikaçı sosial şəbəkəni “xilas etmək” istəyir. O hesab edir ki, bu, digər məsələlərlə yanaşı, gənclərlə işləmək üçün də vacibdir.
Xuraman Etibarlı
İnterpress.az