Erməni idmançı Moskvada tapança ilə SAXLANILDIbackend

Erməni idmançı Moskvada tapança ilə SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MMA döyüşçüsü Mixail Allahverdyan dəyişdirilmiş tapança ilə Moskvada saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. O, gedib polisə təhvil vermək niyyətində olduğunu iddia edib.

Mayın 5-nə keçən gecə yol polisi əməkdaşları sənədlərini yoxlamaq üçün 007 nömrəli “Cadillac Escalade” markalı avtomobili saxlayıblar.Avtomobili 33 yaşlı Mixail Allahverdyan idarə edib.

Polislər sənədləri yoxlayarkən avtomobildə sürücü oturacağının arxasında şübhəli dəri çantanın olduğunu görüblər.

Allahverdyan deyib ki, orada sənədlər var. Lakin idmançı lisenziyasını almaq üçün çantasını açanda polis əməkdaşı orada silah görüb.

Allahverdyan onu küçədə tapdığını və polisə aparmağa hazırlaşdığını bildirib. İddialara görə, onun hətta ifadəsi də yazılıb, guya evdə qalıb.

Polis əməkdaşı silaha baxış zamanı tapançanın lüləsinin kəsildiyini və dəyişdirildiyini görüb. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib və silah ekspertizaya aparılıb.

Orada Allahverdyanın 9 mm kalibrli ev istehsalı rekonstruksiya edilmiş “RETAY S2022-O”nu “tapdığı” artıq məlum olub.

Modifikasiyadan sonra tapança odlu silaha çevrilib. Hələlik Mixail sərbəst buraxılıb. Ancaq artıq o, cinayət məsuliyyətinə cəlb olunur.

Mixail Allahverdyan yüngül ağır çəki dərəcəsində mübarizə aparan peşəkar MMA döyüşçüsüdür.

Xuraman Etibarlı

İnterpress.az