Erməni sakinlər təşviş və aclıq içində: Vaxt İrəvanın əleyhinə işləyir – VİDEObackend

Erməni sakinlər təşviş və aclıq içində: Vaxt İrəvanın əleyhinə işləyir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş verən özbaşınalıq, hərc-mərcliklər, Paşinyan hökumətinin Azərbaycanla sülh müqaviləsinə imza atmaqdan yayınması ermənilərin sosial durumunun daha da ağır vəziyyətə düşməsinə səbəb olur.

Bunu “Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşının hazırladığı reportajda daha aydın görmək mümkündür.

Kənd sakinləri Ermənistanın Kəlbəcərlə sərhədindəki Zərkənd kəndində Azərbaycan əsgərlərinin mövqelərini irəli çəkdiyini, daimi dolanışıq yeri olan maldarlıqla məşğul ola və ot biçə bilmədiklərini qeyd ediblər. Qiymət artımı isə onlara ot almağa imkan vermədini bildiriblər.

Görünən odur ki, Azərbaycanla sərhəddə yaşayan ermənilərin aqibəti Paşinyan hökuməti üçün maraqlı deyil. Əks halda Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalayar və bölgədəki vəziyyətin stabilləşməsinə nail ola bilərdi. Ermənilərin bu vəziyyətdə yaşamasının yeganə səbəbkarı da Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır. Müddət keçdikcə onların sosial durumunun daha ağır vəziyyətə qalacağı heç kimdə şübhə doğurmur. Qısası, vaxt rəsmi İrəvanın əleyhinə işləyir.