Qondarma “Artsax” əski parçası Eçmiədzindəki Komitas meydanından götürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Eçmiədzin” İttifaqının rəhbəri Sevak Xaçatryan yazıb. O bildirib ki, Ermənistanın Eçmiədzin şəhərində Komitas meydanından yığışdırılıb.
“Mən indicə öyrəndim ki, “Artsax” bayrağı Eçmiədzindəki Komitas meydanından götürülüb”, – o qeyd edib.
Xaçatryan “Eçmiədzin” Alyansının “bu hərəkəti qətiyyətlə pislədiyini bəyan edib”.
“Biz bu vandalizmə görə məsuliyyət daşıyanları müəyyənləşdirib məsuliyyətə cəlb etməyə çalışacağıq…”, – erməni siyasətçi çərənləyib.
Xuraman Etibarlı
İnterpress.az