Erməni xalqı daha bir bataqlığa sürüklənir – Minasyanbackend

Erməni xalqı daha bir bataqlığa sürüklənir – Minasyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni xalqı başqa bir bataqlığa sürüklənir.

İnterpress.az xəbər verir ki, bunu bu gün, fevralın 12-də Ermənistan parlamentdə “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan deyib.

Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması barədə danışarkən bildirib.

“Bu qanun layihəsində Avropa ilə daha yaxşı ticarət rejiminə malik olmaq məsələsi müzakirə olunmur. Bunun həm də Ermənistan vətəndaşlarının Avropa ölkələrinə sərbəst giriş-çıxışı ilə heç bir əlaqəsi yoxdur.

Bunun mümkünlüyünü bu hökumətin həyata keçirmədiyi SEPA müqaviləsi verir. Siz bu addımınızla xalqı daha bir bataqlığa aparırsınız”, – Minasyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az