Ermənilər “Alrosa”dan 200 min karat brilyant OĞURLADI – VİDEObackend

Ermənilər “Alrosa”dan 200 min karat brilyant OĞURLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistana qaçaqmalçılıq yolu ilə “Alrosa” şirkətindən cilalanmamış almaz oğurlayan dəstə tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, Ermənistana qaçaqmalçılıq yolu ilə “Alrosa” şirkətindən kobud brilyant oğurlayan dəstəni tutulub.

Oğurluq və qanunsuz dövriyyə faktları ilə bağlı cinayət işi açılıb. Axtarışlar zamanı təxminən 200 min karat texniki cilalanmamış brilyant, pul və zinət əşyaları ələ keçirilib.

Brilyantları oğurlayan şirkətin əməkdaşı Valentina Matyuşenkova, vasitəçi kimi fəaliyyət göstərən oğlu Aleksey Matyuşenkov, habelə daşları qaçaqmalçılıq yolu ilə keçirən Armen Petrosyan və Arman Saakyan dəyəri 1,7 milyon rubldan çox (təxm. 37 min man) olan brilyantların növbəti partiyasını oğurlamağa cəhd zamanı tutulublar.

“Alrosa” almaz hasilatı üzrə dünyada lider mövqe tutan Rusiya almaz hasilatı şirkətləri qrupudur.

Xuraman Etibarlı

İnterpress.az