Gürcüstan uzun müddət Avropa Birliyinə üzv olmaq imkanını itirə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski məlumat verib.
“2023-cü ildə Avropa İttifaqı Gürcüstanın üzünə Avropa ailəsinin qapılarını açdı və o, Aİ üzvlüyünə namizəd oldu. Biz bu tarixi anı birlikdə qeyd etdik.
Bu gün Gürcüstanın Avropaya inteqrasiyası dayandırılıb. Təəssüf ki, Gürcüstan uzun müddət Avropa İttifaqına üzv olmaq üçün tarixi şansını itirə bilər.
Üstəlik, Gürcüstanda demokratiya təhlükə altındadır”, – Qerçinski bildirib.
Xuraman Etibarlı
İnterpress.az