Fermer 4 milyard avro dəyərində qızıl mədəni TAPDIbackend

Fermer 4 milyard avro dəyərində qızıl mədəni TAPDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransız fermer 4 milyard avro dəyərində qızıl mədəni tapıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. Fransız fermer Mişel Düpon torpağından keçən çayda gəzərkən suda qızıl tapıb.

Kişi dərə boyu gedərkən suda parlaq bir şey görüb. Bir az qazdıqdan sonra qızıl mədəninə rast gəlib.

150 ton qiymətli metalın ehtiyatı 4 milyard avro qiymətləndirilir.

“Mən sadəcə olaraq öz torpaq sahəmə planlı yoxlama aparırdım. Bu zaman qəribə bir parıltı gördüm. Bir az da dərinləşəndə ​​əlimdə tutduqlarıma inana bilmədim”, – fermer deyib.

Fransa hökuməti dərhal işə qarışaraq fermerin tapdığı qızılları müsadirə edib. Qanunla dövlətə təhvil verilməlidir. Əgər Dupon öz torpağını qazmaq istəyirsə, hökumətdən icazə almalıdır.

Mişel Düponun sözlərinə görə, qızıl yatağı aşkar edildikdən sonra onun torpağının ətrafındakı əraziyə tələbat kəskin şəkildə artıb.

Yerli əhalinin aşkar edilmiş qızıl mədənləri ilə bağlı fikirləri ikiyə bölünüb.

Bəziləri yaxınlıqda qiymətli metalın geniş miqyaslı hasilatına başlasa, bunun ətraf mühitə zərər verəcəyindən narahatdırlar.

Digərləri isə vəziyyəti müsbət hesab edir, çünki bu, yeni iş yerləri yarada bilər.

Xuraman Etibarlı

İnterpress.az