Kişinyovda polis keşişi yerə yıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Moldova məlumat yayıb.
Kişinyov polisi şəhərin mərkəzində LGBT-yə dəstək məqsədilə parad keçirilib. Minlərlə insan hakimiyyətin dəstəklədiyi LGBT paradına qarşı çıxıb.
Polis parad əleyhinə aksiya iştirakçılarına qarşı kobud güc tətbiq edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keşişi yerə yıxıblar.
Agentlik Telegram kanalında keşişin yıxılmasının videosunu dərc edib.
Məlumata görə, təhlükəsizlik qüvvələri qucağında uşaq olan kişini də kobud şəkildə saxlayıb, o, başı ilə asfalta dəyib.
Xuraman Etibarlı
İnterpress.az