İran İsrailə irimiqyaslı raket zərbələri endirmək imkanını İTİRİBbackend

İran İsrailə irimiqyaslı raket zərbələri endirmək imkanını İTİRİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailə qarşı irimiqyaslı raket zərbələri endirmək imkanını itirib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrailin Hatzerim aviabazasının komandiri bildirib ki, son bir həftə ərzində İrandan raket hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə azalıb.

Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri bir sıra dəqiq zərbələr endirib və nəticədə İran ərazisində 200-dən çox yerüstü raket buraxılış qurğusu məhv edilib.

“İsrailə doğru atışların miqyasında kəskin azalma qeydə alırıq”, – zabit qeyd edib.

O vurğulayıb ki, bu, bölgədəki vasitəçilər vasitəsilə deyil, birbaşa İrandan həyata keçirilən atışlara aiddir.

Xuraman Etibarlı

İnterpress.az