25 ildir mövcud olan “VIA Gra” qrupu tarixinin başa çatdığını elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə prodüser Konstantin Meladze İnstaqram hesabında bildirib. O, 25 illik “VIA Gra” qrupunun tarixinin başa çatdığını elan edib.
“Bu, gözəl vaxt idi, lakin mənim üçün nostalji yoxdur”, – prodüser deyib.
Qrupun son treki mayın 23-də işıq üzü görən “Galileo” mahnısı olub. Musiqi və sözləri Meladze özü yazıb.
Layihə ilə vidalaşan Konstantin “VİA Qra” musiqisinin hələ uzun illər dinləyicilərin qəlbində yaşayacağına ümid etdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az