ABŞ-nin 4 B-2 bombardmançı təyyarəsi HAVAYA QALXDIbackend

ABŞ-nin 4 B-2 bombardmançı təyyarəsi HAVAYA QALXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ilə dörd arasında ABŞ-nin B-2 bombardmançı təyyarəsi Missuri ştatındakı hərbi bazadan havaya qalxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

B-2-lər Fordodakı yeraltı nüvə obyektini məhv etməyə qadir olan 14.000 kq “Massive Ordnance Penetrator” bombasını daşıya bilən yeganə təyyarədir.

Bombardmançı dünyanın və yəqin ki, aviasiya tarixində ən bahalı təyyarədir.

Təyyarələrin dörd tanker təyyarəsinin müşayiəti ilə bu səhər Uaytman Hərbi Hava Qüvvələri bazasından havaya qalxdığı və Sakit Okeandakı Quam hərbi dəniz bazasına qərbə doğru getdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az