İran əsgərləri “turist” kimi nüvə və hərbi obyektlərin yaxınlığında gəzən alman casusunu yaxalayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, İran əsgərləri nüvə və hərbi obyektlərin yaxınlığında turist kimi gəzən alman velosipedçi casusu yaxalayıblar.
Casus topladığı məlumatları ABŞ agentinə ötürdüyünü etiraf edib.
Marek Kaufmann adlı şübhəli şəxs səfər adı altında raket tunelləri, hava bazaları və dron marşrutlarının görüntülərini topladığını etiraf edib.
Casusun ABŞ-də yerləşən bir zabit tərəfindən uzaqdan idarə edildiyi bildirilir.
Onun marşrutunun qəsdən hərbi zonalardan keçməsi planlaşdırıldığı deyilir.
Xuraman Etibarlı
İnterpress.az